Sosial
Növbəti köç edən ailələrə mənzillərin açarları təqdim edildi - YENİLƏNDİ
Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, doğma yurda qayıdan sakinlər üçün təşkil olunan mərasimdə onlara yeni mənzillərinin açarları təqdim edilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.
Bu mərhələdə Xocavənd şəhərinə 20 ailə – 81 nəfər, Qırmızı Bazar qəsəbəsinə 2 ailə – 9 nəfər, Xocavənd kəndinə isə 5 ailə – 17 nəfər köçürülüb.
xxx
Xocavəndə növbəti köç karvanı mənzil başına çatıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə yola salınan növbəti köç karvanı mənzil başına çatıb.
Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 20 ailə (81 nəfər), Qırmızı Bazar qəsəbəsinə 2 ailə (9 nəfər), Xocavənd kəndinə isə 5 ailə (17 nəfər) doğma yurduna qovuşub.
Mənzil başına çatan ailələrə sahib olduqları mənzillərin açarları təqdim ediləcək.
xxx
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə köç karvanı yola salınıb.
Xocavənd şəhərinə 20 ailədə 81 nəfər, Qırmızı Bazar qəsəbəsinə 2 ailədə 9 nəfər, Xocavənd kəndinə isə 5 ailədə 17 nəfər köçürülüb.
Köç edən ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma torpaqlarına qayıdan sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
-
Magazin200:15Bir bölümdən görün nə qədər qazanacaqlar
-
Qoroskop00:00Günün ULDUZ FALI - Romantik həyatınızda isə xoş sürprizlər gözlənilir
-
İdman11 Avqust 23:48"Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi
-
İdman11 Avqust 23:31“Barsa” təsdiqlədi: Çarpaz bağ cırılıb
-
Nida Xəbər 11 Avqust 22:58"Naxçıvanın təhlükəsizliyi birinci şərtdir"
-
Rəsmi xronika11 Avqust 22:16Prezident Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış oldu - FOTO
-
İdman11 Avqust 21:53“Sabah” “Orhus”u darmadağın etdi - YENİLƏNDİ
-
Rəsmi xronika11 Avqust 20:15Prezident Naxçıvanda yeni avtobuslara baxdı, dəmir yolunda yenidənqurma işləri ilə tanış oldu - FOTO/VİDEO












.jpg)























