Sosial
Yeni Günəşli əhalisini aldatdılar, park əvəzinə göydələn tikirlər - FOTO/VİDEO
İyunun 3-də “Yeni Günəşli sakinlərinə şad xəbər: Nəhəng park tikilir” başlıqlı yazı dərc etmiş, Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən və 15 ilə yaxındır ki, baxımsız vəziyyətdə qalan “Ana bala” parkında yenidənqurma işlərinin aparıldığını bildirmişdik.
Publika.az xəbər verir ki, həmin vaxt “Ana bala” parkının yerləşdiyi ərazidəki məlumat lövhəsində layihənin Dövlәt Şәhәrsalma vә Arxitektura Komitәsinin nәzdindә olan "Azәrmemarlayihә" Dövlәt Baş Layihә İnstitutu tərəfindən hazırlandığı və parkın 1.8 hektar ərazini əhatə edəcəyi, həmçinin tikintinin 01.07.2026-cı il tarixdə başlayıb 1 il sonra yekunlaşacağı qeyd olunmuşdu.
Lakin indi məlum olur ki, Yeni Günəşli əhalisi aldadılıb, ərazidə park yox, hündürmərtəbəli bina inşa edilir. Bunu sübuta yetirən ən önəmli fakt tikintiyə dair köhnə və yeni məlumat lövhəsidir. Belə ki, təxminən 2 ay öncəki məlumat lövhəsində tikinti obyektinin təyinatı məhz “Ana bala” heykəli parkı kimi göstərilib. Yeni məlumat lövhəsində isə tikintinin təyinatı yaşayış və qeyri-yaşayış binaları kimi əks olunub. Hətta tikintinin müddəti də dəyişdirilib. Yəni, əvvəl başlama tarixi 01.07.2026, bitmə tarixi isə 01.07.2027-ci il idisə, yeni lövhədə başlama tarixi 01.07.2026, bitmə tarixi isə 01.07.2028-ci il kimi qeyd olunub.
Bundan başqa, tikinti ərazisinin sahəsində də kiçilmə edilib. Daha dəqiq desək, 1.8 hektarlıq ərazi, 1.36609 hektara endirilib.
Məlumat üçün onu da bildirək ki, ilk öncə park kimi nəzərdə tutulan, lakin sonradan təyinatı dəyişdirilən ərazidə inşa edilən 14 mərtəbəli binanın sifarişçisi “Günəş-İnşaat” MTK, layihəçi isə “M-ARCH” GROUP şirkətidir.
Ərazidə aparılan tikintiyə dair video və foto görüntüləri təqdim edirik:
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO







.jpg)














.png)

.jpg)













