Sosial
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Azərbaycanda azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi ilə bağlı qanunvericilik bazası formalaşdırılıb. Yeni qaydaların əsas məqsədi uşaqların rəqəmsal mühitdə zərərli məzmunun təsirindən qorunması və onların təhlükəsizliyinin təmin edilməsidir. Bununla yanaşı, yeni mexanizmin necə tətbiq ediləcəyi və icra zamanı yarana biləcək çətinliklər də müzakirə mövzusudur. Ekspertlər hesab edirlər ki, qanunun effektivliyi təkcə hüquqi mexanizmlərdən deyil, həm də valideynlərin məsuliyyətli yanaşmasından asılı olacaq.
Publika.az mövzu ilə bağlı millət vəkili Vüqar Bayramovun fikirlərini öyrənib.
Deputat bildirdi ki, sosial şəbəkələrdən istifadə ilə bağlı yaş məhdudiyyəti dünyanın bir sıra, o cümlədən inkişaf etmiş ölkələrində tətbiq olunan praktikadır.
Onun sözlərinə görə, bu yanaşmanın əsas məqsədi azyaşlıların sosial şəbəkələrin mümkün mənfi təsirlərindən qorunmasını təmin etməkdir.
Vüqar Bayramov vurğuladı ki, nəzərdə tutulan məhdudiyyət yalnız uşaqlara və azyaşlılara şamil olunur, digər vətəndaşların sosial şəbəkələrdən istifadəsi ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmur.

Deputatın fikrincə, əsas məsələ qanunun qəbulundan daha çox onun tətbiqi mexanizminin düzgün qurulmasıdır.
O qeyd edib ki, bu sahədə təcrübəsi olan ölkələrdə də icra zamanı müəyyən çətinliklər yaşanıb.
"Bəzi hallarda uşaqlar valideynlərinin adından profillərə daxil olurlar, bəzi hallarda isə hesablar ölkədən kənarda yaradılır. Bu kimi texniki məsələlər var. Hesab edirəm ki, hazırlanacaq mexanizm bütün bu məqamları da nəzərə alacaq", - deyə millət vəkili xüsusilə qeyd etdi.
Müsahibimiz uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsini vacib hesab etdiyini bildirdi.
Onun sözlərinə görə, bu prosesdə yalnız dövlət qurumlarının fəaliyyəti deyil, valideynlərin məsuliyyətli davranışı da həlledici rol oynayır.
Bayramov vurğuladı ki, bəzi hallarda valideynlər özləri uşaqların sosial şəbəkələrdən istifadəsini təşviq edirlər. Buna görə də yeni qaydaların səmərəli işləməsi üçün valideynlərin də prosesə dəstək verməsi vacibdir.
"Bu praktikanı tətbiq edən ölkələrin təcrübəsi göstərir ki, icra ilə yanaşı valideynlərin mövqeyi də uşaqların rəqəmsal təhlükəsizliyinin qorunmasında əsas faktorlardan biri olaraq qalır", - deyə deputat sonda bildirdi.
Müəllif: Adəm Abbaslı
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)
















.png)

.jpg)













