Sosial
Xəbərdarlıq edildi: 49 milyon insanı bu təhlükə gözləyir
BMT-nin Dünya Ərzaq Proqramı (WFP) 2027-ci ilin sonunadək daha 49 milyon insanın kəskin ərzaq çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, təşkilatın hesabatına əsasən, 2026-2027-ci illərdə güclənəcək "El-Ninyo" iqlim hadisəsi dünyanın bir sıra bölgələrində ərzaq təhlükəsizliyini ciddi şəkildə pisləşdirə bilər.
Ekspertlər xatırladıblar ki, 2015-2016-cı illərdə müşahidə olunan əvvəlki güclü "El-Ninyo" dövründə 60-100 milyon insan ərzaq qıtlığından əziyyət çəkmişdi.
Qeyd edək ki, "El-Ninyo" ekvatorial Sakit okeanda səth sularının qeyri-adi istiləşməsi ilə xarakterizə olunan dövri iqlim hadisəsidir. Bu proses dünyanın müxtəlif bölgələrində quraqlıq, daşqınlar, məhsuldarlığın azalması və ekstremal istilərə səbəb olur. Nəticədə kənd təsərrüfatı məhsullarının istehsalı zəifləyir və xüsusilə kənd təsərrüfatından, eləcə də humanitar yardımdan asılı ölkələrdə ərzaq böhranı dərinləşir.
BMT-nin Dünya Ərzaq Proqramı vurğulayıb ki, "El-Ninyo" qlobal ərzaq böhranını daha da ağırlaşdıra biləcək əsas amillərdən biri olaraq qalır.
Müəllif: Adəm
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)
















.png)

.jpg)













