Sosial
“Azərişıq” Bakı və ətraf ərazilərində yeni güc mərkəzləri yaradır - VİDEO
Abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC regionlarla yanaşı paytaxt və ətraf ərazilərində elektrik təsərrüfatını yeniləyir.
Publika.az xəbər verir ki, yaşayış məntəqələrində 0.4, 6 və 10 kV-luq yeni dayaqlar əkilir, 0.4 kV-luq Özündaşıyan İzolyasiyalı Naqillər çəkilir. Həmçinin 6 və 10 kV-luq hava elektrik verilişi xətlərində əsaslı təmir və yenidənqurma işləri aparılır. Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük təlabatının qarşılanması məqsədilə müasir Komplekt Transformator Məntəqələri (KTM) quraşdırılır, sayğaclar yeniləri ilə əvəz olunur.
Yenidənqurma işləri çərçivəsində Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazisində yerləşən Nardaran qəsəbəsi Ləhic bağları, Buzovnada isə Albalılıq yaşayış massivində 400 kVA gücündə yeni KTM-lər quraşdırılıb. Ümumilikdə Maştağa ETSİ ərazisində ilin sonunadək 30 ədəd yeni güc mərkəzi yaradılacaq.
Xəzər rayonunda da elektrik şəbəkəsinin yenidən qurulması işləri davam etdirilir. Binə Atçılıq və Binə Südçülük yaşayış massivlərində 6/0.4 və 10/0.4 kV-luq yeni güc mərkəzləri yaradılıb. Həmçinin köhnə sayğaclar yeniləri ilə əvəz olunub. Rayon ərazisində Binə Sovxoz, Buzovna Albalılıq, Şüvəlan, Mərdəkan, Şağan ərazilərində yeni güc mərkəzlərində işlər davam edir.
Bağlar ETSİ-nə daxil olan Məmmədli, Mehdiabad, Novxanı, Corat və Saray qəsəbələrində də elektrik təsərrüfatı yenidən qurulur. Adı çəkilən yaşayış məntəqələrində ilin sonunadək ümumilikdə 16 ədəd yeni KTM-in quraşdırılıb istismara verilməsi planlaşdırılır.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)
















.png)

.jpg)













