Sosial
Məşhur şəlaləyə gedən yola buna görə şlaqbaum qoyulub - VİDEO/YENİLƏNDİ
Xəbər verdiyimiz ki. Qax rayonunun İlisu qəsəbəsi yaxınlığında məşhur Ramramay (İlisu) şəlaləsinə gedən yolda hərəkət məhdudlaşdırılıb.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Qafqazinfo"nun sorğusuna cavab verilib.
Bildirilib ki, Azərbaycan Prezidentinin 14 iyul 2025-ci il tarixli Sərəncamı ilə İlisu Milli Parkı yaradılıb və Ramramay şəlaləsi həmin milli parkın ərazisinə daxil edilib.
Bununla əlaqədar olaraq, əraziyə giriş milli parklar üçün müəyyən edilmiş qaydalara uyğun şəkildə bilet sistemi vasitəsilə tənzimlənir.
Milli park ərazilərində tətbiq olunan ödənişlər təbiət ərazilərinin mühafizəsinə, biomüxtəlifliyin qorunmasına, ekoturizm infrastrukturunun inkişafına və turist marşrutlarının saxlanılmasına yönəldilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2015-ci il tarixli 114 nömrəli Qərarına əsasən, milli parklara giriş haqqı hər bir ziyarətçi üçün 2 manat, avtonəqliyyat vasitələrinin dayanacaqla təmin edilməsinə görə isə 1 saat üçün 50 qəpik, gündəlik 5 manat müəyyən edilib.
xxx
17:07
Qax rayonunun İlisu qəsəbəsi yaxınlığında məşhur Ramramay (İlisu) şəlaləsinə gedən yolda hərəkət məhdudlaşdırılıb.
Publika.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, buna dair görüntülər sosial mediada yayılıb.
Bildirilib ki, bir qrup şəxs şəlalənin yaxınlığında tikili inşa edib və yola şlaqbaum qoyublar. Onların şəlaləni ziyarət etmək istəyən şəxslərdən ödəniş tələb etdiyi iddia edilib.
Ərazidən çəkilmiş görüntüləri təqdim edirik:
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)
















.png)

.jpg)













