Sosial
"Azərlotereya"nın "Poz-Qazan" oyunları iyulda 15,7 milyon manatdan çox uduş qazandırdı
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın tirajlı lotereyaları və “Poz-Qazan” oyunları üzrə iyul ayında növbəti böyük uduşlar qeydə alınıb.
Belə ki, ötən ay tirajlı lotereyalar arasında ən böyük uduş “Super Keno” oyununda qazanılıb. Bakı şəhər sakini 10 uğurlu rəqəmlə 100 000 manatın sahibi olub. “4+4” tirajlı lotereyasında isə Ümid Hüseynov 1 900 000 manatlıq cekpotu cəmi 1 rəqəmlə qaçırsa da, 15 986 manat qazanaraq şanslı qaliblər sırasına qoşulub.
İyul ayında “Poz-Qazan” oyunları üzrə ümumilikdə 3 milyon 290 mindən çox uduşlu bilet qeydə alınıb. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,7 milyon manatdan çox olub. Ayın bəxtəvərləri sırasında qiyməti 1 manat olan “Qızıl” lotereyası ilə 25 000 manat qazanan Rəvvaq Şaliyev, eləcə də qiyməti 2 manat olan “Uğurlu 7” lotereyası ilə 10 000 manat qazanan Vüqar Həsənov da yer alıb. Bundan əlavə, “4 Fəsil” oyunu üzrə iki nəfər hər biri 5 000 manat, “Qoşa” oyunu üzrə isə üç nəfər hər biri 4 000 manat uduş qazanıb.
“Azərlotereya”nın “4+4” tirajlı lotereyasında cekpot məbləği hazırda rekord həddə çataraq 1 900 000 manatı ötüb və öz şanslı sahibini gözləyir. Bununla yanaşı, müxtəlif “Poz-Qazan” oyunlarında da 500 000 manatadək böyük uduş qazanmaq imkanı var.
Biletləri Azərlotereya.com və Misli.az səhifələri, “Azərlotereya” satış nöqtələri, “Misli” məntəqələri, “Azərpoçt” şöbələri, “Araz” və OBA marketlər şəbəkəsi, eləcə də digər mağaza və köşklərdən əldə etmək mümkündür.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)
















.png)

.jpg)













