Sosial
"Gəl dost olaq": OBA uşaqların sevincinə dəstək oldu - FOTO/VİDEO
Bu il fəaliyyətinin 10 illiyini qeyd edən "OBA” marketlər şəbəkəsi "Qonşuluqda 10 iz” adlı silsilə korporativ sosial məsuliyyət layihələri çərçivəsində cəmiyyətə fayda verən təşəbbüslərin həyata keçirilməsini davam etdirir.
Publika.az xəbər verir ki, bu çərçivədə "OBA” Beynəlxalq Dostluq Gününə həsr olunan, "Azərbaycan Uşaqları” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Gəl dost olaq” Çərpələng Festivalına dəstək göstərib.
Nabran dəniz sahilində təşkil olunan festival uşaqları, gəncləri və ailələri bir araya gətirərək dostluq, həmrəylik, yaradıcılıq və ekoloji məsuliyyət dəyərlərinin təşviqinə xidmət edib.
Tədbirdə sığınacaqda yaşayan uşaqlar, şəhid və qazi ailələrinin övladları, həssas sosial qruplardan olan uşaqlar, könüllülər və region sakinləri iştirak ediblər.
Festival zamanı "OBA” tərəfindən uşaqlara şirniyyatlar, "Trend” məhsulları və "Hər gün” dondurmaları təqdim olunub, eyni zamanda onlar üçün maraqlı və hədiyyəli yarışlar təşkil edilib. Festival boyunca "OBA”nın Surəti və OBİ obrazları da uşaqları əyləndirərək tədbirə xüsusi rəng qatıblar.
Eləcə də festival çərçivəsində "OBA”nın 10 illiyinə özəl olaraq hazırlanan, üzərində "10 ilin qonşusuyuq” və "Yaşılı sev, çevrəni qoru” mesajları əks olunan yaşıl çərpələnglər səmaya qaldırılıb.
Festival proqramına çərpələnglərin uçurulması, yaradıcılıq və idman oyunları, ekoloji fəaliyyətlər, maarifləndirici guşələr, eləcə də müxtəlif əyləncə proqramları daxil olub. Tədbir iştirakçılara həm əyləncəli, həm də öyrədici təcrübə qazandırıb.
"Gəl dost olaq” Çərpələng Festivalına göstərilən dəstək uşaqların və gənclərin inkişafına, sosial həmrəyliyin gücləndirilməsinə, yaradıcılığın və ekoloji dəyərlərin təşviqinə verilən töhfənin bir hissəsidir.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)
















.png)

.jpg)













