Sosial
Bu şəxslər ad və soyadını dəyişə bilməz
Ədliyyə Nazirliyi Azərbaycanda adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı hüquqi proseduru və vətəndaşların bilməli olduğu əsas qaydaları bir daha xatırladıb.
Publika.az xəbər verir ki, nazirliyin məlumatına əsasən, Azərbaycan vətəndaşları 18 yaşına çatdıqdan sonra adını, ata adını və soyadını dəyişdirmək üçün müraciət edə bilərlər. Müraciət vətəndaşın seçdiyi qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan şəxslər tərəfindən isə konsulluq idarəsinə təqdim olunur.
Müraciət qəbul edildikdən sonra doğum, nikah, nikahın pozulması və digər vətəndaşlıq vəziyyəti akt qeydlərinin əldə olunması üçün sorğular göndərilir. Bundan sonra sənədlər yoxlama aparılması məqsədilə şəxsin yaşayış yeri üzrə polis orqanına təqdim edilir. Yoxlamanın nəticələri və toplanmış sənədlər əsasında qeydiyyat orqanı adın, ata adının və ya soyadın dəyişdirilməsi barədə qərar verir.
Qərar müsbət olduqda dəyişiklik dövlət qeydiyyatına alınır və vətəndaşa müvafiq şəhadətnamə təqdim edilir. Müraciətə imtina verildiyi halda isə həmin qərardan inzibati qaydada və ya məhkəməyə müraciət etməklə şikayət etmək mümkündür.
Nazirlik bildirib ki, cinayət mühakimə icraatında şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunan, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan, həmçinin barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən şəxslərin ad, ata adı və soyadını dəyişdirməsinə yol verilmir.
Bundan başqa, qanunvericiliyə əsasən, adın, ata adının və soyadın təkrar dəyişdirilməsi mümkün deyil. Yalnız ər-arvaddan birinin soyadını dəyişməsi ilə əlaqədar digərinin soyadının dəyişdirilməsi, atanın adının dəyişdirilməsi nəticəsində uşaqların ata adının, valideynlərin soyadının dəyişdirilməsi zamanı isə uşaqların soyadının dəyişdirilməsi istisna təşkil edir.
Qeyd olunub ki, adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatı üçün 15 manat dövlət rüsumu ödənilir. Eyni zamanda, ər-arvaddan birinin soyadını dəyişməsi digərinin soyadının avtomatik dəyişdirilməsinə səbəb olmur.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)
















.png)

.jpg)













