Sosial
Komitə rəsmisindən valideynlərə xəbərdarlıq
Erkən evlilik təkcə qanun pozuntusu deyil, bir uşağın gələcəyinin əlindən alınması deməkdir.
Publika.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.
Onun sözlərinə görə, Ağdaşda yetkinlik yaşına çatmayan şəxsin erkən evliliyə cəlb olunmasına cəhd edilməsi ilə bağlı daxil olan məlumat əsasında aidiyyəti qurumlar operativ tədbirlər həyata keçirib. Araşdırma nəticəsində qızın 17 yaşında olduğu müəyyən edilib və planlaşdırılan toy mərasimi təxirə salınıb.
“Təəssüf doğuran məqamlardan biri isə öz övladının hüquqlarını pozmağa çalışan şəxslərin bu halı işıqlandıran media nümayəndələrinə qarşı aqressiv davranması, onların çəkiliş aparmasına mane olması və kameralarına müdaxilə etməsidir. Media əməkdaşlarına qarşı zorakı davranış nə baş verənləri dəyişir, nə də qanun qarşısında məsuliyyəti aradan qaldırır. Əksinə, bu cür hərəkətlər hüquqi məsuliyyəti daha da ağırlaşdıra bilər”.
Komitə rəsmisi valideynlərə müraciət edib: “Valideynlər unutmamalıdırlar ki, övladı vaxtından əvvəl ailə qurmağa məcbur etmək ona xoşbəxt gələcək qazandırmır. Əksinə, onun təhsil almaq, inkişaf etmək, peşə sahibi olmaq və müstəqil həyat qurmaq imkanlarını əlindən alır. Erkən evlilik qız uşaqlarının fiziki və psixoloji sağlamlığı üçün ciddi risklər yaradır, onların həyatını və gələcəyini təhlükə altına qoyur.
Övladlarımıza verə biləcəyimiz ən böyük hədiyyə erkən evlilik deyil, keyfiyyətli təhsil, təhlükəsiz mühit və seçim hüququdur. Unutmayaq ki, Azərbaycan qanunvericiliyinə əsasən nikaha daxilolma yaşı 18-dir və bu tələbin məqsədi uşaqların hüquq və mənafelərini qorumaqdır. Gəlin, övladlarımızın gələcəyini qorumaq üçün birlikdə məsuliyyətli olaq”, - deyə o vurğulayıb.
-
Dünya07:35Qırmızı dənizdə böyük savaş qoxusu - Türkiyə donanması səhnəyə çıxır
-
Sosial06:46Komitə rəsmisindən valideynlərə xəbərdarlıq
-
Magazin203:43"Çukur"un aktrisası ailə qurdu: gəmidə nikah mərasimi... - Foto
-
Qoroskop01:20Günün ulduz falı: iş həyatınızda müsbət irəliləyişlər olacaq
-
İdman7 Avqust 23:35Rusiya məşhur klubun stadionunu bombaladı - Video
-
Hadisə7 Avqust 22:04Kanalda boğulan 15 yaşlı yeniyetmənin fotosu - Yeniləndi
-
Magazin17 Avqust 20:00Ceki Çan Bakıdakı çəkiliş zamanı zədələndi - Foto
-
Kriminal7 Avqust 19:20Polis erkən nikahın qarşısını aldı




























.jpg)








