Sosial
Android istifadəçiləri təhlükədə: Yeni casus proqram telefonları ələ keçirir
26-dan çox ölkədə Android istifadəçiləri yeni casus proqramın hücumuna məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə “RBC” Positive Technologies (PT) şirkətinin təhlükəsizlik üzrə ekspert mərkəzinə istinadən məlumat yayıb.
Bildirilib ki, “DragonDoll” adlı casus proqram istifadəçinin cihazına demək olar ki, tam nəzarət imkanı yaradır. Zərərli proqram smartfonda saxlanılan məlumatları, o cümlədən messencerlərdəki yazışmaları oğurlaya bilir.
Mütəxəssislər “DragonDoll”u ilk dəfə Səudiyyə Ərəbistanındakı istifadəçilərə qarşı həyata keçirilən hücumun araşdırılması zamanı aşkarlayıblar.
Hücum zamanı Android əməliyyat sistemində “Google Chrome” brauzerindən istifadə edən şəxs brauzerin rəsmi səhifəsinə bənzədilmiş saxta sayta yönləndirilir. Daha sonra istifadəçiyə brauzeri yeniləmək təklif olunur.
Lakin “yenilə” düyməsinə basıldıqda smartfona zərərli proqram yüklənir və casus modul quraşdırılır.
Bununla da kibercinayətkarlar cihazda baş verənləri izləyə, məlumatları ələ keçirə və smartfonu uzaqdan idarə edə bilirlər.
Mütəxəssislər istifadəçilərə brauzer və digər tətbiqləri yalnız rəsmi mənbələrdən yeniləməyi tövsiyə edirlər.
Adəm
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)
















.png)



.jpg)











