Sosial
Şadlıq evlərindən şikayət: Toylar başlayan kimi rahatlıq tapa bilmirik... - Video
Bakıda şadlıq evinin qarşısında kütləvi dava olub.
Publika.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən "Təbrik Palace" restoranının qarşısında baş verib.
Sakinlər belə hadisələrin tez-tez baş verdiyini, bundan əlavə, restoranda keçirilən şənliklər zamanı ətrafa yayılan səs-küydən narahat olduqlarını bildirirlər. Onlar həmçinin iddia edirlər ki, toylar başlayan kimi nə avtomobillərini normal park edə, nə də mənzillərində rahatlıq tapa bilirlər.
Sakinlərin iddialarını restoranın direktor müavini Elçin Abbasxanov cavablandırıb:
"Son hadisənin əks olunduğu videoda restoran işçiləri ilə müştəri arasında baş verən dava görüntülənməyib. Bu hadisə toydan sonra sərxoş qohumlar arasında baş verib. Biz də müvafiq qurumlara dərhal məlumat verdik, sakinlərdən yaranmış narahatlığa görə üzr istəyirik. İnanırıq ki, bir də baş verməz".
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Cəsarət Qənbərli bildirib ki, paytaxtın Xətai rayonunun Məhəmməd Hadi küçəsində bir qrup şəxs arasında baş vermiş insidentlə bağlı ərazi polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və şahidlər dindirilib. Hazırda hadisənin bütün hallarının və başvermə səbəblərinin tam, hərtərəfli araşdırılması istiqamətində zəruri təhqiqat tədbirləri davam etdirilir.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)















.png)



.jpg)











