“Barselona”nın qapıçısı müdafiənin zəif nöqtəsini açıqladı
Bizi izləyin

İdman

“Barselona”nın qapıçısı müdafiənin zəif nöqtəsini açıqladı

“Barselona”nın qapıçısı müdafiənin zəif nöqtəsini açıqladı

“Barselona”nın qapıçısı Joan Qarcia katalonların riskli müdafiə tərzinin səhvlərə səbəb olub-olmaması ilə bağlı fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, qapıçı bu barədə İspaniya mətbuatına danışıb:

“Meydanda olanda bu barədə düşünmürsən. Bütün diqqətini işin ən yaxşı şəkildə görülməsinə yönəldirsən.

Düzdür, bir gün xoşuma gəlməyəcək bir şey baş verəcək. Amma inanıram ki, müsbət və mənfi cəhətləri ölçüb-biçdikdə, müsbət cəhətlər mənfi cəhətlərdən daha çoxdur.

Səhv etməkdənsə, qol şanslarının qarşısını daha tez-tez alacaqsan”.

25 yaşlı ispaniyalı bu mövsüm 15 matçda 17 qol buraxıb və beş dəfə qapısını toxunulmaz saxlayıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm