Sosial
Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə avqustun 21-də Bakıda "Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili" mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Publika.az xəbər verir ki, tədbirdə Belçikanın keçmiş müstəmləkələri olan və hələ də bu ölkələrdə neo-kolonial təsirlərini saxladığı Konqo Demokratik Respublikası (KDR), Ruanda və Burundidən, eləcə də Mərakeş və Cənubi Afrika Respublikasından, həmçinin BMT-dən rəsmi şəxslər iştirak edəcək.
Qonaqlar arasında Konqo Demokratik Respublikasının (KDR) Ombudsmanı, Konqo Parlamentinin deputatları, Ruandanın Türkiyədəki səfiri və diplomatları, BMT ekspertləri də var.
Konfransda həmçinin beynəlxalq hüquq, tarixi ədalətin bərpası və reparasiya məsələləri üzrə ekspertlər, tədqiqatçılar, hüquq müdafiəçiləri və s. iştirak edəcək.
Tədbir iştirakçıları Belçikanın Konqo Demokratik Respublikası (KDR), Ruanda və Burundi xalqına qarşı müstəmləkəçilik dövründə törətdiyi cinayətlərə görə rəsmi üzr istənilməsi və təzminat ödənməsi məsələsinin BMT, o cümlədən İnsan Hüquqları Şurasının gündəliyində irəlilədilməsi, BMT Baş Assambleyasının 60/147 saylı Qətnaməsində təsbit olunan prinsiplərə uyğun olaraq Belçikanın reparasiya və restitusiya öhdəliklərinin icrasına nəzarət edəcək beynəlxalq məcburedici mexanizmin işlənib hazırlanmasını müzakirə edəcəklər.
Tədbirdə həmçinin, Belçikanın müstəmləkə arxivlərinə tam və maneəsiz çıxışın təmin edilməsi, keçmiş müstəmləkə ərazilərindən olan mütəxəssislərin beynəlxalq ekspertlərlə bərabər proseslərə cəlb olunması, insan qalıqları və digər tarixi materialların mənşə ölkələrinə qaytarılması məsələləri diqqət mərkəzində olacaq.
Qeyd edək ki, BMT Baş Assambleyasının 60/147 saylı Qətnaməsi qurbanların hüquqi müdafiə və reparasiya hüququnu sistemləşdirir. Qətnamədə reparasiyanın restitusiya, kompensasiya, reabilitasiya, satisfaksiya (mənəvi tanınma və rəsmi üzr) və təkrar pozuntuların qarşısının alınması təminatları kimi formaları nəzərdə tutulur. Belçika bu öhdəliklərin heç birini hələ də yerinə yetirməyib. Belçika müstəmləkəçilik dövründə KDR, Ruanda və Burundidə törədilən cinayətlərə görə rəsmi dövlət səviyyəsində üzr istəməyib, rəsmilər yalnız hüquqi öhdəlik yaratmayan "dərin təəssüf" ifadəsi ilə kifayətlənib.
Mədəni irsə aid 84 000 artefakt inventarlaşdırılsa da, faktiki repatriasiya prosesi onilliklərdir ki Belçika tərəfindən yubadılır. İnventar məlumatları ictimaiyyətdən gizli saxlanılır, ikitərəfli restitusiya sazişləri isə hələ də imzalanmayıb. Konqo, Ruanda və Burundi mütəxəssisləri Belçikanın müstəmləkə dövrü arxivlərinə və sənədlərinə hələ tam çıxış əldə edə bilməyib. Ekspertlər yaranmış vəziyyəti Belçikanın öz tarixi məsuliyyətini şəffaf araşdırmaqdan boyun qaçırması kimi dəyərləndirir.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)















.png)



.jpg)











