Sosial
“Pendirli Manqalüstü” sosisi ilə bağlı narahatlığa şirkətdən CAVAB
“Halal Nemət, Min Bərəkət” brendinin “Pendirli Manqalüstü” sosisi ilə bağlı istehlakçılar arasında yaranan narahatlığa “Səhliyalı” şirkəti aydınlıq gətirib.
Publika.az xəbər verir ki, şirkətdən bildirilib ki, məhsulun tərkibində istifadə olunan holland pendiri Almaniyanın yüksək keyfiyyətli GAUDINA markasına məxsusdur.
Bildirilib ki, sosinin içərisində pendirin əriməsi və maye halına keçməsi normal texnoloji prosesdir. Belə ki, temperatur yüksəldikcə pendir əriyir. Məhsulun hazırlanması zamanı əvvəlcə 45 dəqiqə quruma, daha sonra 30 dəqiqə hisəvermə prosesi aparılır. Ardınca məhsul 75°C temperaturda 1 saat buxarda bişirilir və sobanın temperaturu 80°C-yə çatdıqda çıxarılır.
Qeyd edilib ki, məhsulun tərkibinə mal əti, toyuq filesi, təbii süd, holland pendiri, yumurta, kərə yağı, bitki yağları, nişasta, xörək duzu, natrium nitrit, qida əlavələri və qarışıq ədviyyat ekstraktının daxil olduğu bildirilib. Holland pendirinin məhsuldakı payı 12 faizdir.
Şirkət həmçinin əlavə edib ki, istehsal olunan bütün məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tələblərinə uyğun olaraq və müəssisənin ISO 17025 beynəlxalq standartına uyğun akkreditasiya olunmuş laboratoriyasında yoxlanılır. Məhsullar yalnız bundan sonra satışa buraxılır.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)















.png)



.jpg)











