Sosial
Gecikdirilmiş 456 min manatdan çox vəsait işçilərə ödənildi
Bu ilin yanvar-iyul aylarında gecikdirilmiş 456 min manatdan çox sosial xarakterli ödənişin işçilərə ödənilməsi təmin olunub, işdən qanunsuz çıxarılmış 63 nəfər isə əvvəlki işinə bərpa edilib.
Publika.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.
Bildirilib ki, qurum tərəfindən aparılan araşdırmalar zamanı işəgötürənlər tərəfindən 456 049 manat məbləğində vəsaitin ödənilməsinin gecikdirildiyi müəyyən olunub. Görülən tədbirlər nəticəsində həmin vəsaitin işçilərə ödənilməsi təmin edilib. Ödənilən vəsaitin 91 faizini əməkhaqqı, 9 faizini isə zərərə görə ödənc, müavinət və kompensasiyalar təşkil edib.
Bundan əlavə, müraciətlərin araşdırılması zamanı 63 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi aşkarlanıb. Xidmətin müvafiq tədbirləri nəticəsində həmin şəxslər əvvəlki işlərinə bərpa olunublar.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)















.png)



.jpg)











