Sosial
"Azərişıq" Naxçıvanın kənd və qəsəbələrinin elektrik şəbəkəsini yenidən qurur
"Azərişıq" ASC Naxçıvanın bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsini yenidən qurur.
Publika.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən rayonlarda, bir sıra kənd və qəsəbələrdə 0,4 və 10 kV-luq elektrik şəbəkəsi yenidən qurulur. Yeni metal dayaqlar əkilir, Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir. Abonentləri daha keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədilə yaşayış məntəqələrində 10/0,4 kV-luq müasir Transformator Məntəqələri (TM) quraşdırılır.
Naxçıvan şəhərində 110/35/10 kV-luq "Koroğlu" yarımstansiyasının, Naxçıvan RETSİ-nin inzibati binasının tikintisinə start verilib. Həmçinin şəhər ərazisində abonentlər smart tipli sayğaclarla təchiz olunur. Babək rayonunda 35/10 kV-luq "Nəzərabad" yarımstansiyasının inşası davam edir.
Yenidənqurma işləri Sədərək rayonunun Sədərək və Qaraağac kəndlərini, Heydərabad qəsəbəsini, Şərurun Axaməd, Culfanın Əbrəqunus kəndlərini də əhatə edir.
Qeyd edək ki, "Azərişığ"ın həyata keçirdiyi əsaslı təmir və yenidənqurma işləri əhalinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)















.png)




.jpg)










