Sosial
Xarkovda PUA zərbəsi azərbaycanlı heykəltaraşın emalatxanasını dağıtdı - FOTO
Bir neçə gün öncə Ukraynanın Xarkov şəhərinə endirilən dron zərbələri zamanı Ukraynanın Xalq rəssamı, Xarkov şəhərinin “Fəxri vətəndaşı”, soydaşımız Katib Məmmədovun emalatxanasına ciddi ziyan dəyib.
Publika.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Katib Məmmədovun özü məlumat verib.
Heykəltaraşın sözlərinə görə, dron zərbəsindən sonra təxminən 200 kvadratmetr ərazini əhatə edən yanğın baş verib. Hücum nəticəsində binanın damı, çardağı və orada saxlanılan əsərlər zədələnib. Emalatxanada sənətkarın 40 illik yaradıcılıq fəaliyyəti ərzində klassik, avanqard və minimalizm üslublarında yaratdığı yüzlərlə əsər yer alırdı.
Katib Məmmədov baş verən hadisə nəticəsində emalatxanaya təxminən 100 min dollar həcmində maddi ziyan dəydiyini vurğulayıb.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)















.png)




.jpg)










