Sosial
FHN-in Sumqayıt Regional Mərkəzində kurs-seminar keçirildi - FOTO
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün təhsil müəssisələrinin, xüsusi qayğıya ehtiyacı olan şəxslərə xidmət göstərən müəssisə və təşkilatların, eləcə də internat tipli gimnaziyaların rəhbər, pedaqoji və texniki heyəti üçün "Xüsusi qayğıya ehtiyacı olan şəxslərin mühafizəsi bizim prioritetimizdir" mövzusunda kurs-seminar keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Kurs-seminarın keçirilməsində məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərin fövqəladə hallar zamanı mühafizəsinin təşkili, təxliyəsi, yanğın və digər təhlükələr zamanı təhlükəsizlik qaydalarının tətbiqi, habelə sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı məktəblərin və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün internat tipli gimnaziyaların rəhbər və pedaqoji heyətinin bu sahədə bilik və bacarıqlarının artırılması olub.
Kurs-seminarda FHN-in Sumqayıt Regional Mərkəzinin, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən məktəblərin, xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün internat tipli gimnaziyaların rəhbər və pedaqoji heyətinin, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin tabeliyində olan müəssisə və təşkilatların əməkdaşları, eləcə də digər aidiyyəti yerli qurumların nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Regional Mərkəzin rəisi polkovnik Vaqif Fətullayev iştirakçıları salamlayaraq, keçirilən tədbirin məqsədi və qarşıdakı planlar barədə ətraflı məlumat verib.
Kurs-seminarın nəzəri hissəsində əməkdaşlar tərəfindən fəlakət risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və azaldılması, fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, xüsusi qayğıya ehtiyacı olan şəxslərlə ünsiyyət və davranış qaydalarının təkmilləşdirilməsi, onların təhlükəsiz təxliyəsi və müdafiəsinin təşkili, psixoloji dəstəyin göstərilməsi, FHN-in “112” qaynar telefon xəttinin təyinatı, eləcə də aidiyyəti dövlət qurumları və digər tərəfdaş təşkilatlarla qarşılıqlı fəaliyyət mexanizmlərinin gücləndirilməsi üzrə müasir yanaşmalar təqdim edilib, mövzulara dair videoçarxlar nümayiş olunub. Həmçinin, FHN-in Tibb Mərkəzinin ixtisaslaşmış psixoloqu müvafiq mövzularda çıxışlar edib.
Sonra iştirakçılar Regional Mərkəzin ərazisində yerləşən Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendə baxış keçirib, həmçinin Mərkəzin Xüsusi Xilasetmə Hissəsinin qüvvə və texniki vasitələrilə tanış olublar.
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”











































