Sosial
Yol polisi hərəkət iştirakçılarına müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib.
İdarədən Publika.az-a bildirib ki, müasir dövrdə mobil telefon gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, yol hərəkəti zamanı ondan diqqətsiz istifadə ciddi təhlükələrə səbəb ola bilər.
"Xüsusilə nəqliyyat vasitəsini idarə edərkən diqqətin telefona yönəldilməsi ətrafda baş verənləri vaxtında görməyə və yaranan təhlükəni düzgün qiymətləndirməyə mane olur.
Sükan arxasında mobil telefondan istifadə sürücünün diqqətini yayındırır, reaksiyasını ləngidir, nəqliyyat vasitəsinə nəzarəti zəiflədir və qəfil yaranan təhlükəyə gec reaksiya verməsinə səbəb ola bilər.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri sükan arxasında mobil telefondan istifadə etməməyə, diqqətlərini yalnız yola və nəqliyyat vasitəsinin təhlükəsiz idarə olunmasına yönəltməyə çağırır. Eyni zamanda, piyadalar da yolu müəyyən edilmiş keçidlərdən keçərkən mobil telefondan mümkün qədər az istifadə etməli, diqqətlərini yol şəraitinə və yaxınlaşan nəqliyyat vasitələrinə yönəltməlidirlər.
Unutmayın: Yolda bir anlıq diqqətsizlik geri dönüşü olmayan nəticələrə səbəb ola bilər!" - deyə məlumatda qeyd olunub.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)













.png)





.jpg)










