Sosial
Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir
Şəhərsalma və Memarlıq ili çərçivəsində irəli gələn hədəflərə uyğun olaraq Yasamal rayonunda genişmiqyaslı abadlıq-quruculuq və şəhərsalma tədbirlərinin icrası davam edir.
Publika.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq çərçivəsində rayonun müxtəlif ərazilərində infrastrukturun yenilənməsi, küçə və məhəllələrin abadlaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi, yol təsərrüfatının müasirləşdirilməsi və memarlıq görünüşünün yaxşılaşdırılması istiqamətində bir sıra layihələr icra olunur.
Görülən işlər çərçivəsində rayonun bir sıra küçə və prospektlərində asfalt örtüyü yenilənmiş, yol örtüyünün deformasiyaya uğramış hissələri əsaslı təmir edilmiş, piyada səkiləri bərpa olunmuş, yeni səki daşları və bordürlər quraşdırılmışdır. Bununla yanaşı, məhəllədaxili yolların abadlaşdırılması, yağış sularının axıdılması sistemlərinin yaxşılaşdırılması və hərəkətin təhlükəsizliyinin artırılması istiqamətində də zəruri tədbirlər görülür.
Rayonun yaşayış məhəllələrində abadlıq-quruculuq işləri davam edir, həyətlərdə yeni oturacaqlar, işıqlandırma dirəkləri, əlavə zibil konteynerləri quraşdırılmış, istirahət guşələri yaradılmışdır. Uşaq və idman meydançalarının yenilənməsi, mövcud infrastrukturun müasir tələblərə uyğunlaşdırılması sakinlərin asudə vaxtının daha səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edilib ki, Yasamal Rayon İcra Hakimiyyəti bundan sonra da rayonun sosial-iqtisadi inkişafı, şəhərsalma mühitinin təkmilləşdirilməsi, abadlıq-quruculuq işlərinin genişləndirilməsi və sakinlərin rahat yaşayışının təmin olunması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcəkdir.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)













.png)





.jpg)










