Sosial
Şəhid övladları üçün “Zəfər” yay düşərgəsi keçirildi
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində şəhid övladları üçün “Zəfər” yay düşərgəsi keçirilib.
Publika.az xəbər verir ki, 21–24 avqust tarixlərində Şamaxı rayonunda yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçirilən düşərgəyə Azərbaycanın müxtəlif bölgələrində yaşayan 12-16 yaş arası 30 məktəbli şəhid övladı cəlb olunub.
Düşərgə gələcəyin liderlərinin yetişdiyi zəngin bir inkişaf platforması kimi qapılarını iştirakçıların üzünə açıb. Düşərgənin əsas məqsədi şəhid övladlarının innovativ düşüncə tərzinin, rəqəmsal bacarıqlarının və liderlik keyfiyyətlərinin inkişafına dəstək olmaq, eləcə də onların yay tətilini səmərəli təşkil etməkdir. Layihə çərçivəsində iştirakçılar təcrübəli mütəxəssislərin təlimlərində yer alaraq komanda işi, liderlik və rəqəmsal bacarıqlarını inkişaf etdiriblər. Eyni zamanda, məktəblilər üçün intellektual oyunlar, idman yarışları, əyləncəli proqramlar və innovasiya sahəsində uğur qazanmış tanınmış şəxslərlə motivasiya görüşləri keçirilib.
Layihənin bağlanış mərasimində millət vəkilləri Ceyhun Məmmədov, Mehriban Vəliyeva, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxış edərək layihənin əhəmiyyətindən, gənc nəslin rəqəmsal bacarıqlara yiyələnməsinin və liderlik keyfiyyətlərinin formalaşmasının vacibliyindən, uşaqların yay tətilini səmərəli və faydalı keçirmələri üçün yaradılan şəraitdən danışıb, bu cür təşəbbüslərin gənclərin inkişafındakı əvəzsiz rolunu vurğulayıb, şəhid övladlarının hər zaman diqqət mərkəzində olduğunu qeyd ediblər.
Bağlanış mərasimi şəhid övladlarından ibarət “Qəhrəman övladıyıq” adlı xor qrupunun ifasında səslənən vətənpərvərlik və zəfər ruhlu mahnılarla davam edib.
Mərasimin sonunda düşərgədə iştirak edən şəhid övladlarına sertifikatlar və hədiyyələr təqdim olunub.
Sonda isə xatirə fotosu çəkilib.
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi






.webp)
.webp)
.webp)
.webp)
.webp)
.webp)
.webp)
.webp)
















.jpg)













