Sosial
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
Xarici ölkənin vətəndaşlığını qəbul edən, lakin Azərbaycan vətəndaşlığına xitam verilməyən şəxslərin hərbi xidmətə çağırılıb-çağırılmaması ilə bağlı əsas məqam açıqlanıb.
Publika.az "Yeni Sabah"a istinadla xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu məsələ ilə bağlı məlumat yayıb.
Qeyd olunan izah Xidmətin əməkdaşı kapitan Zəfər Əsgərli tərəfindən təqdim edilib.
Bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar:
"Beləliklə, xarici ölkənin pasportunu əldə etmək şəxsin Azərbaycan vətəndaşlığına avtomatik xitam verilməsi demək deyil. Azərbaycan vətəndaşlığı davam etdiyi müddətdə, qanunvericilikdə nəzərdə tutulan digər şərtlərə cavab verən çağırışçı hərbi xidmətə ümumi əsaslarla cəlb oluna bilər".
Z.Əsgərli qeyd edib ki, Azərbaycan vətəndaşlığından rəsmi şəkildə çıxma məsələsi ayrıca hüquqi prosedurla müəyyən edilir.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)













.png)





.jpg)










