Sosial
Hacıqabulda "Diqqət uşaqlar" devizi altında tədbir keçirildi
Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təşkilatçılığı ilə 10 saylı tam orta məktəbdə “Yol hərəkəti qaydalarına riayət etmək təhlükəsizliyin qarantıdır” mövzusunda maarifləndirici görüş keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə çıxış edən polis əməkdaşları keçirilən tədbirin əsas mahiyyətinin azyaşlıları yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək və onların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısını almaq olduğunu bildiriblər.
Tədbir zamanı yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışılıb, nişanlardan düzgün istifadə qaydaları haqqında geniş məlumatlar verilib.
Tədbirin sonunda polis əməkdaşları tərəfindən şagirdlərə təhlükəsizlik qaydaları əyani şəkildə izah olunub, hərəkətin sıx və intensiv olduğu küçələrdə hərəkət edərkən daha ehtiyatlı olmalarının zəruriliyi çatdırılıb.
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ



































