Sosial
Bu şəxslər üçün avtobus və metro pulsuzdur
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib.
Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmin etmək üçün tənzimlənir.
Publika.az xəbər verir ki, Azərbaycan qanunvericiliyinə əsasən, aşağıdakı kateqroriyalara aid şəxslər ictimai nəqliyyatdan ödənişsiz istifadə edə bilər:
Uşaqlar üçün azad gediş hüququ
Qanunvericiliyə əsasən, 7 yaşınadək uşaqlar şəhəriçi və qəsəbələrarası ictimai nəqliyyatdan tamamilə ödənişsiz istifadə edə bilərlər. Bunun üçün əsas şərt uşağın valideyni və ya onu müşayiət edən yetkinlik yaşına çatmış şəxslə birlikdə olmasıdır.
Xidməti vəzifəsini icra edən dövlət qulluqçuları
Müvafiq sahəvi qanunlara əsasən, xidməti vəzifələrini yerinə yetirən bir sıra struktur əməkdaşlarına ictimai nəqliyyatdan (taksi və şəhərlərarası marşrutlar istisna olmaqla) pulsuz istifadə hüququ verilir:
Polis əməkdaşları: "Polis haqqında" Qanunun 38-ci maddəsinə əsasən xidməti vəzifələrini icra edərkən.
Müddətli həqiqi hərbi xidmət qulluqçuları: "Hərbi qulluqçuların statusu haqqında" Qanuna əsasən xidmət keçdikləri müddətdə (əsgərlər və matroslar).
FHN xilasediciləri və hüquq-mühafizə orqanlarının müvafiq əməkdaşları: Birbaşa xidməti tapşırıqları icra etdikləri zaman xüsusi vəsiqə təqdim etməklə.
Nəqliyyat sahəsi işçiləri və veteranlar
Spesifik nəqliyyat sahələrində çalışan əməkdaşlar üçün də xüsusi qaydalar mövcuddur. Məsələn, "Bakı Metropoliteni" QSC-nin daxili əsasnamələrinə və sahəvi normativ aktlara əsasən, metropoliten işçiləri və metro veteranları xüsusi gediş kartları və ya xidməti vəsiqə ilə metro xəttindən pulsuz istifadə edirlər.(“Yeni Sabah”)
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Region15:50Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər










.jpg)







.jpg)









.jpg)










