Sosial
Bu il Azərbaycanda məişət zorakılığından 15 qadın, 7 kişi ölüb
2026-cı ilin birinci yarısında Azərbaycanda məişət zorakılığı ilə bağlı 716 cinayət qeydə alınıb. Bu cinayətlər nəticəsində 722 nəfər zərər çəkib, 22 nəfər həyatını itirib.
Bu barədə Publika.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Zərərçəkənlərin 608-i qadın, 114-ü kişi olub. Həyatını itirən 22 nəfərin isə 15-i qadın, 7-si kişidir. Məişət zorakılığı nəticəsində zərər çəkənlər arasında 8 yetkinlik yaşına çatmayan şəxs də var. Onlardan biri həyatını itirib. Bildirilib ki, məişət zorakılığı ilə bağlı qeydə alınan cinayətlərin 21-i qəsdən adam öldürmə, 7-si adam öldürməyə cəhd, 17-si qəsdən sağlamlığa ağır, 28-i az ağır, 633-ü isə yüngül zərər vurma ilə bağlı olub. Daha 5 əzab vermə cinayəti qeydə alınıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə məişət zorakılığı ilə bağlı cinayətlərin sayı 744-dən 716-ya, zərərçəkənlərin sayı isə 750-dən 722-yə düşüb. Həyatını itirənlərin sayı 23-dən 22-yə enib. Bununla yanaşı, qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı cinayətlərin sayı 11-dən 17-yə yüksəlib.
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Region15:50Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər










.jpg)







.jpg)









.jpg)










