Sosial
Nazir Anar Əliyev Qusarda vətəndaşları qəbul etdi
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Qusar rayonunda Qusar və Quba rayonlarının sakinlərini qəbul edib.
Publika.az xəbər verir ki, qəbuldan əvvəl Anar Əliyev və Qusar Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahid Fərəməzov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, reabilitasiya vasitələri ilə təminat, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.
Müraciətlər fərdi qaydada araşdırılaraq, nəticəsinə uyğun tədbirlər görülüb, habelə sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Qəbuldan sonra özünüməşğulluq proqramı çərçivəsində Qusar rayon sakinləri Mustafayev Samin Oruc oğlu və Davudova Səyyarə Sadulla qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçirilib. Özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə S.Mustafayev üçün avtoelektrik xidmətləri, S.Davudova üçün isə maldarlıq istiqaməti üzrə təsərrüfatlar qurulub.
Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Qusar rayonunda 1311 şəxs üçün kiçik təsərrüfatlar qurulub.
-
ABŞ03:44İrana görə Ağ Evdə gərginlik: Tramp Vensdən narazıdır
-
Kriminal02:43Qonşular danışdı: Bıçaqlanan Gülarə iki saat qan içində köməksiz qalıb - Video
-
Qoroskop01:20Günün ulduz falı: Ailə daxilində kiçik anlaşılmazlıqlar ola bilər
-
Hadisə18 Noyabr 22:04Dəhşətli qəza: Ata, azyaşlı qızı və bacısı oğlu həlak oldu - Yeniləndi
-
ABŞ18 Noyabr 19:50Trampa verilən gizli hədiyyə ortaya çıxdı - Hətta diplomatlar da bilmirmiş...
-
Nəqliyyat18 Noyabr 19:10Azərbaycanda bu yollar da ödənişli ola bilər - Açıqlandı
-
Rəsmi xronika18 Noyabr 15:08Prezident Latviya Prezidentini təbrik etdi
-
Nida Xəbər 18 Noyabr 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
















.jpg)

























