Nida Xəbər
Azərbaycanla sülh müqaviləsi imzalanmadan getmək niyyətində deyiləm - Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya ilə bağlı referendumun nəticəsindən asılı olaraq istefa verəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, Paşinyan bu barədə parlamentdə sual-cavab sessiyası zamanı danışıb.
O, bildirib ki, vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs versələr, vəzifəsindən gedəcək:
"Referendum müsbət nəticələnəcəyi təqdirdə isə Azərbaycanla sülh prosesini yekunlaşdırdıqdan sonra istefa verəcəyəm. Məni hakimiyyətdən uzaqlaşdırmaq istəyirsiniz? Çox yaxşı, sizə təklif edirəm, uzaqlaşdırın. Sübut edin ki, bunu istəyirsiniz".
Baş nazir qeyd edib ki, yeni Konstitusiya qəbul olunarsa, Azərbaycanla sülh sazişinin imzalanması, nəqliyyat kommunikasiyalarının açılması və sərhəddəki mübahisəli məsələlərin həlli istiqamətində addımlar atılacaq:
"Gəlin referenduma gedək. Xalq səs verməsə, mən gedirəm. Təslim oluram. Təklif edirəm. İmtina edirsiniz? Azərbaycanla sülh müqaviləsi imzalanmadan vəzifəmdən getmək niyyətində deyiləm".
Qeyd edək ki, Ermənistanın yeni Konstitusiyasından ölkənin Qarabağa dair ərazi iddialarına istinad kimi qiymətləndirilən müddəaların çıxarılması nəzərdə tutulur. (Qafqazinfo)
-
Hadisə18 Noyabr 22:04Dəhşətli qəza: Ata, azyaşlı qızı və bacısı oğlu həlak oldu - Yeniləndi
-
ABŞ18 Noyabr 19:50Trampa verilən gizli hədiyyə ortaya çıxdı - Hətta diplomatlar da bilmirmiş...
-
Nəqliyyat18 Noyabr 19:10Azərbaycanda bu yollar da ödənişli ola bilər - Açıqlandı
-
Rəsmi xronika18 Noyabr 15:08Prezident Latviya Prezidentini təbrik etdi
-
Nida Xəbər 18 Noyabr 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 18 Noyabr 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil18 Noyabr 13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman18 Noyabr 12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO





































