Sosial
İcra başçısı şəhid ailələrini ziyarət etdi - Foto
Sumqayıt şəhərində şəhid ailələrinə diqqət və qayğının göstərilməsi, onların sosial-məişət qayğılarının öyrənilməsi və qaldırdıqları məsələlərin həllinə köməklik göstərilməsi daim diqqət mərkəzində saxlanılır.
Publika.az xəbər verir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində şəhid ailələri mütəmadi olaraq ziyarət edilir, onların müraciət və təklifləri dinlənilir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, eləcə də şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları şəhid ailələrini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar. Görüşlər zamanı şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, Vətən qarşısındakı misilsiz xidmətlərindən danışılıb, onların əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb. Bildirilib ki, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin təməlində qəhrəman hərbçilərimizin igidliyi, şücaəti və canı bahasına göstərdiyi fədakarlıq dayanır. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin uca tutulması, onların ailələrinin qayğı ilə əhatə olunması hər birimizin mənəvi borcudur.
Görüşlərdə qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkə miqyasında həyata keçirilən bu siyasətə uyğun olaraq Sumqayıt şəhərində də şəhid ailələrinin müraciətlərinə xüsusi həssaslıqla yanaşılır, onların sosial-məişət məsələlərinin həlli istiqamətində müvafiq tədbirlər görülür. Vurğulanıb ki, şəhidlərimizin xatirəsinə ehtiram yalnız əlamətdar və tarixi günlərlə məhdudlaşmır. Şəhid ailələri ilə mütəmadi görüşlərin keçirilməsi, onların qayğılarının öyrənilməsi və gündəlik həyatlarında qarşılaşdıqları məsələlərə həssas münasibət göstərilməsi Sumqayıt şəhərində davamlı xarakter daşıyır. Söhbətlər zamanı 27 Sentyabr – Anım Gününün xalqımızın qəhrəmanlıq tarixində xüsusi yer tutduğu da qeyd edilib. Bildirilib ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə nəticələnib.
Qazanılan Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edilib, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nəticələr əldə olunub. Bu Zəfəri xalqımıza bəxş edən qəhrəman şəhidlərimizin xatirəsi daim böyük ehtiram və minnətdarlıqla yad edilir. Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, dövlət tərəfindən daim dəstək gördüklərini bildiriblər.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq










.jpg)

























