Sosial
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mükafat uğrunda yarışacaq - FOTO
Rejissoru Evrim İnci, prodüseri isə Berker Bülbüloğlu olan Qarabağ bölgəsində minalanmış əraziləri təmizləyərək torpaqları yaşayış üçün yararlı hala gətirən mina işçilərindən bəhs edən “Addım-addım evə” sənədli filminin festival yolçuluğu davam edir.
Publika.az xəbər verir ki, film Türkiyənin ən nüfuzlu festivallarından biri hesab olunan Antalya Altın Portakal Film Festivalında nümayiş olunacaq.
Bildirilib ki, “Addım-addım evə” bundan sonra Uşak Beynəlxalq Film Festivalı, DokuBaku Beynəlxalq Sənədli Film Festivalı, Güzel Ordu Beynəlxalq Film Festivalı kimi mühüm festivallarda da mükafat uğrunda mübarizə aparacaq.
Filmin ilk nümayişi isə Laçın Beynəlxalq Film Festivalında baş tutub.
Türkiyəyə gələrək sənədli filmi tamamlayan yaradıcı heyət Azərbaycandakı maraqlı hekayələri ekranlaşdıraraq yeni layihələr həyata keçirmək niyyətindədir.
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO




























_(1).jpg)









