Sosial
Elşad Həsənov sakinləri inzibati binada qəbul etdi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas yanaşılması və onların problemlərinin operativ həlli ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası məqsədilə Yasamal rayonunda sakinlərin növbəti qəbulu keçirilib.
Publika.az xəbər evrir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinlərini icra hakimiyyətinin inzibati binasında qəbul edərək onların müraciət və şikayətlərini dinləyib. Sakinləri salamlayan icra başçısı müraciətlərin diqqətlə araşdırılacağını və qaldırılan məsələlərin qanunvericiliyə uyğun şəkildə həlli üçün zəruri tədbirlərin görüləcəyini bildirib.
Qəbul zamanı sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar əsasən Sovetski ərazisində dövlət ehtiyacları üçün torpaq sahələrinin alınması, köçürülmə ilə əlaqədar maddi kompensasiya məbləği, söküntü nəticəsində dəymiş ziyana görə kompensasiya, bina həyətlərində şlaqbaumların quraşdırılması, rayonda idman yarışlarının dəstəklənməsi, iş və digər sosial məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov hər bir sakinin müraciətini dinləyərək qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib. Üç saata yaxın davam edən qəbul zamanı bir sıra məsələlərin həlli ilə bağlı operativ tədbirlər görülüb, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək icrasının təmin edilməsi üçün aidiyyəti üzrə yönləndirilib.
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO




























_(1).jpg)









