Sosial
Azərbaycanda maaşlar 7,2% artdı
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% artaraq 1173 manat təşkil edib.
Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sentyabrın 1-nə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 776,8 min nəfər olub.
Onlardan 834,2 min nəfəri dövlət sektorunda, 942,6 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb. Beləliklə, muzdlu işçilərin 53%-i özəl və digər qeyri-dövlət qurumlarında, 47%-i isə dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla çalışanların ən böyük hissəsi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində (18,9%) cəmləşib.
İşçilərin 17,5%-i təhsil, 13,9%-i sənaye, 8,6%-i səhiyyə və sosial xidmətlər, 6,8%-i tikinti, 6,2%-i isə dövlət idarəetməsi, müdafiə və sosial təminat sahələrində çalışıb.
Bundan başqa, muzdlu işçilərin 4,4%-i nəqliyyat və anbar təsərrüfatında, 3,9%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,5%-i maliyyə və sığorta sektorunda, 2,3%-i isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda məşğul olub.
Qalan 15% iqtisadiyyatın digər sahələrinin payına düşüb.
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO



















.png)

















