Sosial
Dövlətin buna imkanı var, uşaq pulu verilməlidir!
Hazırda, xüsusilə şəhərlərdə, beş uşaqlı ailələrin sayı çox azdır. Əksər ailələrdə iki uşaq olur, üç uşaqlı ailələrə də nisbətən az rast gəlinir. Buna görə də dəstək mexanizmlərini üç uşaqlı ailələri də əhatə edəcək şəkildə genişləndirmək lazımdır ki, onlar da bu yardımdan yararlana bilsinlər.
Publika.az xəbər verir ki, bunu sabiq millət vəkili Vahid Əhmədov Globalinfo.az-a geniş müsahibəsində deyib.
“Hesab edirəm ki, uşaq pulunun verilməsi çox vacibdir və Azərbaycan dövlətinin buna imkanı var. Cənab Prezident ölkəmizin ehtiyatlarının 90 milyard dollara yaxın olduğunu qeyd edib. Bu, kifayət qədər böyük məbləğdir və dövlət büdcəsindən dörd-beş dəfə çoxdur. Uşaq pulunu mərhələli şəkildə də tətbiq etmək olar. Məsələn, əvvəlcə müəyyən yaş qrupundakı uşaqlardan başlamaq, daha sonra ödənişi 18 yaşadək uşaqları əhatə edəcək şəkildə genişləndirmək mümkündür. Bunun üçün hesablamalar aparılmalıdır. Ancaq ümumilikdə hesab edirəm ki, uşaq pulu mütləq verilməlidir”, - V.Əhmədov bildirib.
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO



















.png)

















