Sosial
Zaur Baxşəliyev: “Yeganə yerdir ki..." - VİDEO
Tanınmış televiziya aparıcısı Zaur Baxşəliyev sosial şəbəkə hesabında paylaşdığı videoda məktəb illərini xatırladıb və 53 nömrəli tam orta məktəbə etdiyi səfərlə bağlı təəssüratlarını bölüşüb.
Publika.az xəbər verir ki, Zaur Baxşəliyev qayınının oğlunun həmin məktəbdə oxuduğunu və futbol üzrə qazandığı uğura görə ona söz verdiyini bildirib. Aparıcı həmin səmimi anları izləyicilərinə belə çatdırıb:
"Gəlin görün, yanımda olan bu göyçək oğlan kimdir. Bu göyçək oğlan mənim qayınımın oğludur. Özü də 53 nömrəli məktəbdə oxuyur. Futbolda qazandığı uğura görə ona söz vermişdim ki, məktəbə özüm aparacağam. O da deyirdi ki, 'Zaur əmi, bizim məktəbə gəl də, qoy görsünlər sən bizim qohumusan'.
Bu gün məni 53 nömrəli məktəbə gətirən səbəb məhz Əli oldu. Futbolda qazandığı uğurlarla bizi sevindirən Əlinin oxuduğu məktəbi yaxından görmək istədim. Əlini sinfə yola saldım, amma məktəbdən ayrılmaq istəmədim. Dəhlizdə əsl məktəb həyatı yaşanır: kimi dərsə tələsir, kimi dostları ilə söhbətləşir. Uşaqların səliqəli, vahid məktəbli geyimində olmaları mənə öz məktəb illərimi xatırlatdı.
O illər üçün darıxmışam. İndi uşaqlara baxıram və düşünürəm ki, məktəb hələ də yeganə səmimi və saf yerdir. Bizim vaxtımızda da belə idi. O illərin öz gözəlliyi, öz ab-havası vardı. İllər keçib, məktəblərimiz müasirləşib, amma məktəbin əsas missiyası dəyişməyib: uşaqlara bilik vermək, onların şəxsiyyət kimi formalaşmasına kömək etmək.
Bu uşaqlara baxıram, hamısı eyni məktəbin şagirdidir, lakin hərəsinin öz dünyası, öz düşüncəsi və arzusu var.
Uşaqların vahid məktəbli geyimində olması çox yaxşı haldır. Belə olan surətdə sosial statusla bölgü aparılmır, uşaqlar geyimlərinə, aksesuarlarına görə deyil, yalnız biliklərinə görə qiymətləndirilir. Buna çox müsbət yanaşıram."
Tanınmış aparıcı qeyd edib ki, uşaqların müxtəlif arzularının olması – kiminin həkim, kiminin müəllim, kiminin isə Əli kimi uğurlu idmançı olmaq istəməsi məktəbin əsl gözəlliyini üzə çıxarır. O, şagirdləri ortaq dəyərlərin birləşdirdiyini, fərqli düşüncə və istedadların isə onları gələcəyə apardığını vurğulayıb.(Nocomment.az)
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO
-
Dünya10:26Məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir - Ceyran Mahmudova
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...



































