Sosial
Şəhid leytenant Abbasov Teymur Feyruz oğlunun anım mərasimi keçirildi
Hərbi Memorial Məzarlıqda Vətən müharibəsi şəhidi, leytenant Abbasov Teymur Feyruz oğlunun şəhadətə yüksəlməsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Publika.az xəbər verir ki, mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım mərasimində şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib və ruhuna dualar oxunub.
Qeyd olunub ki, 1981-ci il fevralın 25-də Bakı şəhərində anadan olan Teymur Abbasov Gəncə Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ali təhsil alıb. Hərbi xidmət keçdikdən sonra ehtiyat zabit hazırlığı kursunu bitirərək leytenant hərbi rütbəsi alıb.
2020-ci ildə Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak edən Teymur Abbasov oktyabrın 12-də qəhrəmancasına şəhid olub.
Şəhid leytenant Abbasov Teymur Feyruz oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və digər medallarla təltif edilib.
Mərasimdə vurğulanıb ki, Teymur Abbasov kimi Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, onların şərəfli döyüş yolu gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olacaqdır.
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı
-
Qoroskop01:20Günün ulduz falı: planlarınızı dəyişdirməli olacaqsız
-
Region00:27İranın Qeşm adasında partlayışlar oldu
-
ABŞ8 Noyabr 23:55Nə dərəcədə güclü zərbə endirəcəyimi təsəvvür belə edə bilməzsiniz - Trampdan İrana xəbərdarlıq
-
Dünya8 Noyabr 21:5133 ölkədən vətəndaşlarına təcili çağırış - Nə baş verir?
-
Nida Xəbər 8 Noyabr 19:51İlham Əliyev Türkiyəyə səfər edəcək
-
Nida Xəbər 8 Noyabr 19:00“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj
-
Nida Xəbər 8 Noyabr 17:38Prezidentlər Şuşa qalası önündə foto çəkdirdilər




















.jpg)













.jpg)


