"Azəriqaz" İB yanında İctimai Şuranın üzvləri Xaçmaz Regional Qaz İstismarı İdarəsində olub
Bizi izləyin

Sosial

"Azəriqaz" İB yanında İctimai Şuranın üzvləri Xaçmaz Regional Qaz İstismarı İdarəsində olub

"Azəriqaz" İB yanında İctimai Şuranın üzvləri Xaçmaz Regional Qaz İstismarı İdarəsində olub

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi yanında İctimai Şuranın üzvləri regional qaz istismarı idarələrinə ictimai baxış məqsədilə Xaçmaz Regional Qaz İstismarı İdarəsində (RQİİ) olub.

Publika.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, idarədə əməkdaşlar üçün yaradılan iş şəraiti ilə tanış olan Şura üzvləri onların gündəlik iş prosesində qarşılaşdıqları çətinliklərlə maraqlanıb, həlli istiqamətində təkliflərin verilməsini xahiş ediblər.

Sonra rəhbər heyətlə görüş keçirilib. Görüşdə Şura üzvlərinin İdarənin fəaliyyəti, regionun qaz təsərrüfatının vəziyyəti, əhalinin təbii qazdan istifadə səviyyəsi, eləcə də mövcud problemlər barədə sualları cavablandırılıb. Həmçinin qaz təsərrüfatının daha səmərəli təşkili, abonent məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində müzakirələr aparılıb.

Daha sonra İctimai Şura üzvləri Qusar rayonunun Avaran kəndində olub. Kənd sakinləri ilə söhbətlərdə onların qaz təchizatı ilə bağlı fikirləri, müraciətləri və təklifləri dinlənilib, qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Oxumağa davam et
Reklam
Reklam

Gündəm