Sosial
FHN Sumqayıtda “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirdi - VİDEO
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhər 63 nömrəli körpələr evi-uşaq bağçasında tədbir keçirib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Tədbirin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə töhfə vermək, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətini formalaşdırmaq, eyni zamanda xilasedici və yanğınsöndürənlərin peşə fəaliyyəti ilə bağlı biliklərini artırmaq olub.
Tədbirdə FHN-in yerli qurumlarının əməkdaşları, bağçanın tərbiyəçi-müəllimləri və uşaqlar iştirak ediblər.
Əvvəlcə, bağçada təhsil alan uşaqların əl işləri nümayiş olunub, ədəbi-bədii hissə təqdim edilib.
Tədbirdə uşaqların hüquqlarının qorunmasının, onların sağlam və təhlükəsiz mühitdə böyüməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu vurğulanıb, bu siyasətin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğu və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi bildirilib. Eləcə də uşaqların fövqəladə hallar zamanı təhlükəsizliyinin təmin edilməsi, təbii və texnogen xarakterli hadisələr zamanı düzgün davranış qaydalarına yiyələnməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Qeyd olunub ki, erkən yaşlardan təhlükəsizlik biliklərinin aşılanması uşaqların həyat və sağlamlığının qorunmasında mühüm rol oynayır. Həmçinin, uşaqların hüquqlarının müdafiəsi ilə yanaşı, onların təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasının, bu istiqamətdə maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyi qeyd edilib.
Daha sonra tədbirdə təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları haqqında videoçarxlar nümayiş olunub, maarifləndirmə xarakterli təbliğat materialları və yaddaş kitabçaları paylanılıb.
Sonda bağçanın həyətində FHN-in yanğın-xilasetmə vasitələri təqdim olunub, uşaqların sualları cavablandırılıb.
-
ABŞ10:58Trampdan süni intellektlə bağlı xəbərdarlıq: Ehtiyatlı olun
-
ABŞ10:46Həmin çevrilişi ABŞ təşkil edib - Mask "açdı sandığı, tökdü pambığı"
-
Nida Xəbər 10:15Simonyan bu tarixdə Azərbaycana gələcək - Rəsmən açıqlandı
-
Region10:10Ermənistanın neçə hərbçisi itkin düşüb? - Paşinyan Azərbaycana müraciət etdi
-
Rəsmi xronika10:06Elçin Babayev rektor vəzifəsindən azad edildi
-
Tarix09:58150 il əvvəl batmış gəminin izləri tapıldı - Dənizçilərin sağ qalma hekayəsi
-
Dünya09:15Mənim dostumdur - Trampla Putinin görüşü başladı
-
Nida Xəbər 09:12Tanınmış vəkil narkotiklə saxlanıldı - FOTO






.jpg)
.jpg)
.jpg)
.jpg)







.jpg)






















