• USD 1,7000 0,00% EUR 1,9900 -0,11%
    • GBP 2,3187 -0,06% RUB 0,0233 0,00%

İrəvanın mərkəzi etirazçıların ƏLİNDƏ - Xalq qalib gəldi, baş nazir NİKOLDUR - CANLI YAYIM (YENİLƏNİR)

İrəvanın mərkəzi etirazçıların ƏLİNDƏ - Xalq qalib gəldi, baş nazir NİKOLDUR - CANLI YAYIM

İrəvanda etiraz aksiyaları şəhərin bütün mərkəzini tutub.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinin müxbiri bildirib.

Etirazçıların əsas hissəsi hökumət binasının yerləşdiyi Respublika meydanında toplaşıblar. Hökumət binasının özü polis tərəfindən xüsusi mühafizə altına götürülüb. Binanın vestibüllərində (ictimai binaların daxili girəcəyində böyük dəhliz, geniş eyvan –red.) əllərində avtomat silahları olan xüsusi formalı insanlar yerləşdirilib.

Etiraz aksiyaları həmçinin ölkənin ikinci böyük şəhəri olan Gümrüdə və bir neçə başqa şəhərdə keçirilir.

***

Müxalifət lideri, deputat Nikol Paşinyanın rəhbərliyi ilə etirazçılar İrəvanın Erebuni rayonuna çatıblar.

“Onlar "Serj, Karen rədd ol!”, “Nikol baş nazirdir!”, “Tətil!” və “Xalq qalib gəldi, qələbənin nəticələri qeyd edilməlidir!” kimi şüarlar səsləndirirlər”, - Paşinyan vurğulayıb.

***

Ermənistanın Noyamberyan rayonunda yerləşən Gürcüstanla sərhəddəki Baqrataşen gömrük keçid məntəqəsi etirazçılar tərəfindən ələ keçirilib. Bu haqda Nikol Paşinyan bildirib.

Hazırda idmançılar Ermənistan Milli Olimpiya Komitəsinin binasında toplaşırlar. Onlar etiraz aksiyalarına qoşulmaq fikrindədirlər. Ermənistan KİV-inin yazdığına görə, meydanlarda bir çox məşhur idmançını görmək mümkün olacaq.

***

Ermənistanda kütləvi etirazların təşkilatçısı, “Mənim addımım” təşəbbüsünün lideri, “Vətəndaş müqaviləsi” partiyasının başçısı Nikol Paşinyanın rəhbərliyi ilə kütləvi etiraz aksiyaları yenidən başlayıb.

Publika.az xəbər verir ki, buna səbəb Nikol Paşinyanın Ermənistanın baş nazir vəzifəsinin müvəqqəti icraçısı Karen Karapetyanla planlaşdırılan görüşünün ləğv edilməsi olub.

Danışıqlar bu gün yerli vaxtla saat 11:00-da “Armeniya-Mariott” mehmanxanasında başlamalı idi. Lakin dünən gecə saatlarında Paşinyanın mətbuat katibi Tiqran Avinyanın görüşün ləğv edildiyini açıqlayıb.

“Nikol Paşinyanla baş nazirin vəzifələrini müvəqqəti icra edən Karen Karapetyan arasında danışıqlar ləğv edilib”, - Avinyan deyib.

O əlavə edib ki, danışıqların nə vaxt olacağı hələlik məlum deyil. Avinyan qeyd edib ki, müxalifət danışıqların yalnız konkret məsələlər ətrafında aparılmasında təkid edir. Bunlar hakimiyyətin dinc yolla ötürülməsi, növbədənkənar parlament seçkilərinin keçirilməsi və Respublika Partiyasından heç kimin müvəqqəti hökumətin rəhbərliyinə buraxılmamasıdır. Avinyan bildirib ki, hakim Respublika Partiyası sonuncu məsələnin qoyuluşuna etiraz edir.

Karen Karapetyan bildirib ki, Nikol Paşinyan birtərəfli qaydada yeni şərtlər irəli sürüb. Paşinyan, öz növbəsində, qeyd edib ki, onlar etiraz aksiyasına yenidən başlayırlar, çünki Ermənistanın hakim Respublika Partiyası Serj Sarkisyanın istefasının əvəzində hakimiyyəti əlində saxlamaq istəyir. Müxalifət lideri heç bir halda hakim partiyanın rəhbərliyi altında növbədənkənar seçkilərə getməyəcəklərini bəyan edib.

“İnqilab göstərdi ki, Respublika Partiyası Ermənistanı idarə edə bilməz. Serj Sarkisyan istefa verdi, amma Respublika Partiyası hələ də hakimiyyətdədir”, - o vurğulayıb.

Ermənistanın İdman və Gənclik nazirinin səlahiyyətlərinin icraçısı Qroç Rostomyan istefaya gedib. O, bu addımı Çiçəklənən Ermənistan Partiyasının İrəvandakı etirazları dəstəkləməsi qərarına uyğun olaraq atdığını bildirib.

İrəvanda bu gün yenidən başlayan mitinqdən canlı yayımı təqdim edirik:

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR