Cənubi Qafqaz
Tbilisidə Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası
Tbilisidə Ermənistanın səfirliyi qarşısında bir qrup Gürcüstan vətəndaşı etiraz aksiyası keçirib.
APA-nın məlumatına görə, aksiya iştirakçıları Ermənistanın BMT-nin Baş Assambleyasında Gürcüstanın işğal altında olan əraziləri ilə bağlı qətnamənin əleyhinə səs verməsinə etiraz ediblər.
Etirazçılar bildirib ki, Ermənistan sənədi dəstəkləməməklə Gürcüstan xalqına qarşı çıxıb.
Aksiya zamanı Ermənistan səfirliyinin əməkdaşı və etirazçılar arasında mübahisə yaranıb. Səfirlik əməkdaşı aksiyanı təxribat adlandıraraq etirazçılardan ərazini tərk etməyi tələb edib. O, həmçinin aksiya iştirakçılarından Ermənistanın BMT-də Gürcüstanla bağlı sənədin əleyhinə səs verməsi ilə bağlı sübutun təqdim olunmasını da tələb edib.
Qeyd edək ki, iyunun 12-də BMT Baş Assambleyasının 72-ci sessiyasında Gürcüstanın irəli sürdüyü qətnamə qəbul olunub. “Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrindən olan məcburi köçkün və qaçqınların statusu barədə” qətnaməni 81 ölkə dəstəkləyib. Ermənistan qətnamənin əleyhinə səs vermiş 16 ölkədən biri olub. Ermənistan 2008-ci ildən etibarən BMT Baş Assamleyasında Gürcüstanın işğal altındakı ərazilərdən olan məcburi köçkün və qaçqınların öz torpaqlarına qaytarılması ilə bağlı qətnaməni dəstəkləmir.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan