Sarkisyana növbəti ŞOK – Qardaşı qızını…
Bizi izləyin

Cənubi Qafqaz

Sarkisyana növbəti ŞOK – Qardaşı qızını…

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan qanunsuz zənginləşmə ittiham üzrə ittihamla axtarışa verilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda respublikanın Xüsusi İstintaq Xidmətindən bildiriblər.

İdarənin məlumatına görə, axtarışa həmçinin prezidentin qardaş qızı verilib.

Qeyd edək ki, daha əvvəl Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın axtarışı elan edilib. Onun mənzillərdən birində Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən aparılan axtarışlar nəticəsində silah, narkotiklər və oğurlanmış şəkillər tapılıb.

Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, keçmiş prezidentin qardaş oğlu şəkilləri rəssam Martiros Saryanın varisindən almışdı. O, 14 şəkil üçün 28 min dollar ödəməyə söz vermişdi, amma pulu verməyib və şəkilləri qaytarmayıb.

Xatırladaq ki, Ermənistanın keçmiş prezidentinin qardaşlarından biri olan Aleksandr Sarkisyan qeyri-qanuni silah saxlamaqda şübhəli qismində saxlayıb və həmin gün də sərbəst buraxıb. Polis bildirdi ki, o, silaha qanuni əsaslarla malik idi.

Sarkisyanın doğma qardaşı isə Ayks Sarkisyan ölümə qəsddə şübhəli bilinir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm