Cənubi Qafqaz
Qarabağa köçürülən ermənilər qaçır: “Bu, yaşamaq deyil” – VİDEO
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinə
erməniləri köçürməyə davam edir.
Publika.az xəbər verir ki, Azərbaycan torpaqlarına
köçürülən ermənilər ciddi problemlərlə üzləşirlər.
Problemlərlə üzləşən erməni ailəsindən biri də Arzakanyan
ailəsidir. Bu ailə İrəvandan Qarabağa köçürülmə proqramı
çərçivəsində 2007-ci ildə işğal olunmuş ərazilərə göndərilib. Ailə
ata-ana və iki oğuldan ibarətdir.
“Epress” saytı yazır ki, proqram çərçivəsində ailəyə 3 otaqlı
mənzil verilib. Müqavilədə bildirilir ki, evi özəlləşdirmək üçün
ailə üzvlərindən biri ən azı orada 10 il yaşamalıdır. Lakin 2017-ci
ildə 10 il tamam olanda evi Arzakanyan ailəsindən alaraq başqa
ailəyə vermək istəyiblər. Onlar məhkəməyə müraciət etsələr də,
şikayətləri rədd olunub. Əsas gətirilib ki, ailə müqaviləni pozaraq
10 il müddətində 3 ay həmin evdə yaşamayıblar.
Ana Elvira Arzakanyan danışır ki, Qarabağda yaşamaq
dəhşətlidir.
“Bir yataqxanada 8 ailə yaşayır. Bizi Qarabağa aparanda müsbət
vədlər verirdilər. Danışırdılar ki, sizin yaşamağa eviniz, işiniz
və kənd təsərrüfatı ilə məşğul olmağa imkanınız olacaq. Lakin əksi
oldu. Bizim ailədə üç nəfər müəllim işləyir. Məktəbdə dərs
saatlarını azaltdılar, yeni müəllimlər gətirdilər və onlara yeni ev
tikmədilər, əvəzində yataqxanada məskunlaşdırdılar. Bu, yaşamaq
deyil, mağaza, nəqliyyat yoxdur. Sənə verilən evi əlindən almaq
üçün bir zəng yetərlidir. Sadəcə dəhşətdir”, - deyə erməni qadın
bildirib.
Asif
-
İdman06:46Dünyanın ən yaxşı qapıçılarının yeni reytinqi
-
Magazin206:16Xanımına tərəf müqabili ilə xəyanət edib? - İDDİA
-
İqtisadi gündəm03:43Neftlə bağlı BƏDBİN PROQNOZ - Aprel ayı daha gərgin olacaq
-
İqtisadi gündəm00:45Qiymətli metallar kəskin bahalaşdı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Səma sizə güclü bir həqiqəti pıçıldayır
-
Sosial14 Aprel 23:36Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
-
İdman14 Aprel 23:00Millimizdən növbəti qələbə
-
Magazin114 Aprel 22:36Xalq artistinin oğlu ABŞ pasportu aldı - FOTO





































