Cənubi Qafqaz
Baş nazir: Polisin güc tətbiq etməkdən başqa yolu olmadı
İyunun 20-də Tbilisidə polis əməkdaşlarının qanuni güc tətbiq etməkdən başqa yolu olmayıb.
Publika.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş Naziri Mamuka Baxtadze iyunun 20-də ölkədə baş verən hadisələrlə bağlı bu gün keçirdiyi brifinqdə söyləyib.
Nazir deyib ki, həmin gün bir neçə saat ərzində polis əməkdaşları fiziki zorakılığa və təhqiramiz ifadələrə məruz qalıblar. O gecə hadisələr elə cərəyan edib ki, baş verənlərə cavab vermək üçün nə Daxili İşlər Nazirliyinin, nə də onun rəhbərinin başqa seçimi olmayıb. Polis əməkdaşları paytaxtda nizam-intizamı qorumaq üçün Konstitusiyaya uyğun olaraq vəzifə borcunu yerinə yetiriblər.
M.Baxtadze həmin gün çox ağır mənzərənin şahidi olduğunu qeyd edib: “Həm vətəndaşlar, həm də polis əməkdaşları xəsarətlər aldılar. Vətəndaşlarımızın xəsarət alması baxımından nəticə ağırdır. İnsan sağlamlığından vacib heç nə yoxdur”.
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ

































