Cənubi Qafqaz
Ermənistan ordusunda ciddi böhran - Nazirlik etiraf etdi
İşğalçı Ermənistanın silahlı qüvvələrində ciddi maliyyə böhranı yaranıb.
Azərtac erməni KİV-nə istinadla xəbər verir ki, bu ölkənin Müdafiə Nazirliyi yerli mətbuat orqanının sorğusuna cavabında nazirliyin hərbi qulluqçulara milyonlarla dollar borcunun yarandığını etiraf edib.
Rəsmi məlumatda hökumətin hərbi qulluqçulara borcunun dəqiq məbləği göstərilmir, lakin Ermənistanın ehtiyatda olan hərbi qulluqçular ittifaqının üzvü Gevork Ovannisyan bildirib ki, borcun miqdarı milyonlarla dollardır. Onun sözlərinə görə, artıq illərdir ki, hərbi qulluqçular və digər güc strukturlarının əməkdaşları məzuniyyət haqqını ala bilmirlər. Jurnalistlərin pulsuz qalan zabitlərin sayı ilə bağlı sualına isə nazirlikdən cavab veriblər ki, onlar bu cür statistika aparmırlar. Əlavə ediblər ki, məsələnin həlli üçün nazirliyin rəhbərliyi “müvafiq tədbirlər” görür.
Qeyd olunub ki, Ermənistandakı insan hüquqlarının müdafiəsi ofisi də hərbi qulluqçuların bununla bağlı müraciətlərini qəbul edib.
-
Sosial19:36Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU
-
İdman19:00Millimiz Litvaya qalib gəldi - YENİLƏNDİ
-
MDB17:00Kəşfiyyatdan şok məlumat: Rusiyanın minə yaxın ballistik raketi var
-
Maraq dünyası16:43Heyvanlarda da qisas hissi olurmuş - Şok video
-
Sağlamlıq16:0610 dəqiqəlik asta qaçış möcüzə yaradırmış - Araşdırma
-
İdman15:58Ronaldonun qarşısında papağımı çıxarıram! - Zidan
-
İdman15:00Lyubinskas: Azərbaycan və Litva futbolunda tənəzzül yaşanır
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu


































.jpg)