Cənubi Qafqaz
Baş qərargah rəisi karantində oğluna toy etdi, istefa verdi və... – İrəvanda QİYAM HAZIRLIĞI - (YENİLƏNDİ)
Ermənistan ordusunun baş qərargah rəisi Artak Davtyan oğluna toy etmək üçün ölkədə koronavirusa görə tətbiq olunan karantin rejimini pozub.
Publika.az xəbər verir ki, Davtyan iyunun 7-də öz villasında oğluna təntənəli toy edib.
Ermənistan mediası toyda müdafiə naziri David Tonoyandan başqa ordunun bütün rəhbərliyinin iştirak etdiyini yazır. Lakin toy yarımçıq dayanıb. Çünki toyun görüntüləri sosial şəbəkələrdə yayılandan sonra baş nazir Nikol Paşinyan komendat Tiqran Avinyanı Davtyanın malikənasına göndərib və toy yarıda kəsilib.
Davtyan özü heç bir qanunu pozmadığını deyir və araşdırma tələb edir.
Erməni şərhçi Tevos Arşakyan isə yazır ki, baş qərargah rəisi bunu bilərəkdən edib.
“Davtyan bununla cəmiyyətə və baş nazirə mesaj verdi. Koronavirusa yoluxma halları sürətlə artdığı vaxt o oğluna toy edir və bununla qadağalara da, baş nazirə də tüpürür. General göründüyü kimi köhnə qaydalar üzrə yaşamağa davam edir. Şübhəsiz ki, Davtyan Paşinyanla münasibətləri gərginləşdirmək üçün buna şüurlu olaraq getdi və burada mövcud hakimiyyətin rəqiblərinin oyunu hiss olunur. Hətta mümkündür ki, oyunu quran qüvvələr ölkə xaricindədir. Çünki Davtyan və Vanesyanın (milli təhlükəsizlik xidmətinin keçmiş sədri - red) timsalında Paşinyana qarşı olan qüvvələr ölkədə qiyamı hazırlayırlar. Davtyanın oğlunun toyunda bütün generalların iştirakı da əslində mesaj idi”, - Arşakyan yazır.
Qeyd edək ki, A.Davtyan bu gün vəzifəsindən istefa verib. Onun karantini pozduğuna görə istefaya məcbur edildiyi deyilir, lakin Ermənistan mediası Davtyanın da təhlükəsizlik xidmətinin keçmiş sədri Vanesyanla birləşəcəyini və Paşinyana qarşı hərbi müxalifətin formalaşacağını yazır.
Asif
-
Avto07:35Çindən avtomobil almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil9 Oktyabr 18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə9 Oktyabr 18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi












.jpg)





.jpg)
.jpg)














.jpg)


