Paşinyan indi də Tonoyanı yola salır: Davidin yerinə Makar…
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan indi də Tonoyanı yola salır: Davidin yerinə Makar…

Ermənistanın müdafiə naziri David Tonoyanın istefaya göndəriləcəyi məsələsi yenidən gündəmə gəlib.

Publika.az
xəbər verir ki, “İrates” qəzet Tonoyanın yaxın dövrdə istefaya göndəriləcəyini yazır.

Qəzet qeyd edir ki, baş nazir Nikol Paşinyan güc strukturlarında köhnə kadrlardan birdəfəlik xilas olmaq istəyir.

“Buna nümunə kimi Milli Təhlükəsizlik Xidmətinin direktoru, Polis rəisi və Baş qərargah rəisinin istefası göstərilə bilər. Tonoyanın istefası haqqında söz-söhbətlər onun müdafiə naziri postuna təyin olunandan gedir, lakin əvvəllər jurnalistlərə açıqlamasında bunu təkzib edirdisə, indi sadəcə susur. Ötən həftə hökumətin iclasında və fövqəladə vəziyyətin uzadılması məsələsinin parlamentdə müzakirəsi zamanı Tonoyan iştirak etmirdi. Bununla yanaşı, Müdafiə Nazirliyinin büdcəsinin icrası haqqında məruzəni parlamentdə onun müavini təqdim etdi”, - qəzet yazır.

Tonoyanın yerinə Makar Qambaryanın gələ biləcəyi ehtimalları irəli sürülür.

“Qambaryan parlamentin spikeri Ara Mirzoyana yaxındır və məhz spikerin təqdimatı ilə onun bu posta gətiriləcəyi haqqnda məlumatlar var”, - “İrates” bildirir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm