Ermənistan itkilərinin bir qismini də açıqladı - RƏSMİ - (YENİLƏNDİ)
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan itkilərinin bir qismini də açıqladı - RƏSMİ - (YENİLƏNDİ)

Ermənistan Tovuz istiqamətində təxribatına cavab olaraq Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində verdiyi itkilərdən daha ikisini rəsmən etiraf edib.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, Azərbaycan əsgərləri tərəfindən məhv edilən hərbçilər Slavik Qaytsakov və Aşot Melkumyandır.

xxx

18:45

Azərbaycan ordusunun açdığı atəş nəticəsində Ermənistan ordusunun daha iki hərbçisi məhv edilib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi yayıb. Məhv edilənlərin mayor Qaruş Ambarçumyan və kapitan Sos Elbakyan olduğu vurğulanıb.

Qeyd edək ki, bu, Ermənistan tərəfindən itkiləriylə bağlı indiyə qədər edilən ilk açıqlamadır. Bundan öncə yalnız 5 yaralının olduğu bildirilmişdi.

xxx

18:21

Ermənistan tərəfi itkilərinin bir hissəsini açıqlayıb.

Publika.az
xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Feysbuk səhifəsində daha 2 hərbiçinin öldüyünü etiraf edib.

Kiçik çavuşlar Smbat Qabrielyan və Qrişa Matevosyan məhv edilib.

Qeyd edək ki, Stepanyan daha əvvəl erməni mayor və kapitanın məhv edilməsini etiraf etmişdi.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm