Cənubi Qafqaz
Ərdoğanın baş müşavirindən Ermənistanla bağlı AÇIQLAMA: bu yolu ələ keçirib...
“Azərbaycanın əlinə batan tikanı Türkiyə ürəyində hiss edər”.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Azərbaycan-Ermənistan sərhəd xəttindəki gərginliklə bağlı danışan Y.Topçu bildirib ki, Nemesis-Daşnak-Xınçaq-ASALA zehniyyəti ilə hərəkət edən Ermənistan hökuməti öz xalqını yoxsulluq və qeyri-sabitliyə məhkum etmək bahasına BMT-nin qətnamələrini tanımır və işğal etdiyi Dağlıq Qarabağdan çəkilməməklə yanaşı, Tovuz bölgəsində təxribatlar törətməyə çalışır: “Ermənistan Azərbaycan ilə Türkiyənin yeganə quru yolunu da ələ keçirib iki ölkənin ortaq enerji nəqliyyatı xətlərinə nəzarət etmək istəyir. Ermənistanın öz xalqına yaşatdığı siyasi və iqtisadi böhran bu cür hücumları ört-basdır etmək və iqtidarına davam etmək niyyəti daşıyır”.
O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın “bu hücumlar Ermənistanın boyunu aşar. Məqsəd həm Dağlıq Qarabağda həll yolunu tıxamaq, həm də yeni toqquşma ortaya çıxarmaqdır. Türkiyə Azərbaycanın haqqına, hüququna, torpaqlarına qarşı hər növ hücumun qarşısında yer almaqda əsla tərəddüd etməyəcək” bəyanatı türk dövləti və millətinin mövqeyinin ifadəsidir.
Y.Topçu vurğulayıb ki, BMT və Avropa İttifaqı Ermənistana qarşı bölgənin və dünyanın sülhü üçün dərhal lazımi mövqeyi sərgiləməlidir.
Zümrüd
-
Nida Xəbər 17:38Prezidentlər Şuşa qalası önündə foto çəkdirdilər
-
Nida Xəbər 16:51Ərdoğan: "Ağdamda 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq"
-
Nida Xəbər 16:49Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər
-
Nida Xəbər 16:30Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi də gücləndirir!
-
Nida Xəbər 16:05İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir
-
Nida Xəbər 15:21Prezidentin sosial media hesablarında Ərdoğanın səfəri ilə bağlı videoçarx paylaşıldı
-
Nida Xəbər 15:10Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
-
Nida Təhlil 14:19Məhv edilən “şeytan yuvası”nda Zəfər Muzeyi – “Bakıda çay içmək” arzuları reallaşdı






































.jpg)

