Bu ölkənin 6,76 milyard dollar xarici borcu var
Bizi izləyin

Cənubi Qafqaz

Bu ölkənin 6,76 milyard dollar xarici borcu var

Oktyabrın 1-nə olan məlumata görə, Gürcüstanın ümumi xarici borcu 6,76 milyard ABŞ dolları təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə məlumat Gürcüstan Maliyyə Nazirliyinin hesabatında yer alıb. Bildirilir ki, bu məbləğin 6,5 milyard dolları hökumətin payına düşür.

Gürcüstanın Azərbaycana olan borcu isə 5,685 milyon ABŞ dollarıdır. Qonşu dövlətin Azərbaycana borcu avqust ayı ilə müqayisədə dəyişməyib. Gürcüstanın Türkiyəyə 10,959 milyon dollar, Rusiyaya 43,134 milyon dollar borcu var. Gürcüstanın ən çox borcu olduğu ölkələr Fransa (554,7 milyon ABŞ dolları), Almaniya (495 milyon ABŞ dolları) və Yaponiyadır (215,1 milyon ABŞ dolları).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm