Cənubi Qafqaz
Ermənistanın ən böyük iş adamlarından biri haqqında SƏRT ADDIM
Ermənistan Milli Məclisi Şurası "Çiçəklənən Ermənistan" partiyasının lideri və eyni adlı fraksiya rəhbəri Qaqik Tsarukyanın parlament səlahiyyətlərindən məhrum edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcək.
Publika.az xəbər verir ki, bu barədə qanunverici orqanın saytında bildirilir.
Müraciət Ermənistan Konstitusiyasının 95-ci maddəsinə, habelə Korrupsiya ilə mübarizə komissiyasının deputat tərəfindən uyğunsuzluq tələblərinin pozulması barədə 26 oktyabr 2020-ci il tarixli qərarına əsaslanır.
Xatırladaq ki, 16 noyabrda Q.Tsarukyanın parlament səlahiyyətlərinə xitam verilməsi məsələsinin müzakirə olunacağı parlament şurasının iclası planlaşdırılırdı. İclas daha sonra təxirə salındı.
Ölkənin ən böyük iş adamlarından biri olan deputat külli miqdarda vergidən yayınma, habelə seçicilərə rüşvət vermək və böyük torpaq sahələrini mənimsəməkdə günahlandırılır. İyun ayında onun malikanəsində Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən axtarış aparılıb və parlament onun deputat toxunulmazlığından məhrum edilməsinə səs verib.
Q.Tsarukyan 25 sentyabrda həbs olunub və 22 oktyabrda 100 milyon dram (200 min dollardan çox) girov müqabilində sərbəst buraxılıb.
Zümrüd
-
Nida Xəbər 18:37Gədəbəyə də icra başçısı təyin edildi
-
MDB13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...






















.jpg)




.jpg)








.jpg)