Ermənilər rus səfirliyinin qarşısında aksiya keçirdi - YENİLƏNDİ
Bizi izləyin

Cənubi Qafqaz

Ermənilər rus səfirliyinin qarşısında aksiya keçirdi - YENİLƏNDİ

İrəvanda Azadlıq meydanından başlayan yürüş Rusiya səfirliyinin qarşısında mitinqlə davam edib.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Aksiya iştirakçıları Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinə ünvanlanan müraciətlərini oxuyublar.

“Hörmətli Sergey Pavloviç! Atəşkəsin elan edilməsindən artıq 20 gün keçir, lakin onlarla insan itkin və ya əsirlikdə qalır. 10 noyabr tarixli Üçtərəfli Bəyanatın səkkizinci bəndi məhkumların və ölənlərin cəsədlərinin dəyişdirilməsini, itkin düşənlərin axtarışını nəzərdə tutur. Ancaq bu işlərin vaxtı göstərilməyib. Prosesə şəxsən müdaxilə etməyinizi və xahişimizi Rusiya Federasiyası rəhbərliyinə çatdırmağınızı xahiş edirik. Əminik ki, bu cür vasitəçilik əsirlərimizin qayıtmasını sürətləndirəcək", - müraciətdə qeyd olunub.

Qeyd edək ki, erməni tərəfinin iddiasına görə, Azərbaycan tərəfində 50-60 əsir var. Onlardan 30 nəfərinin şəxsiyyəti müəyyənləşdirilib.

xxx

Erməni rejissor Mqer Mkrtçyan, prodüser Armen Qriqoryan, aktyor Toxatyan Qrant və digər şəxslər Ermənistan əhalisinə müraciət ediblər.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumatbyayıb.

Müraciətdə deyilir:

"Belə çıxdı ki, Ermənistanda hakimiyyət yoxdur. Dövlətin hər hansı səlahiyyətli orqanı yoxdur ki, müharibədə itkin düşənlərin və əsir götürülənlərin qaytarılması, həmçinin həlak olmuş əsgərlərin basdırılması prosesi ilə koordinasiyalı şəkildə məşğul olsun”.

Onlar bildiriblər ki, Ermənistandakı bu problemlərin həlli harada yaşamasından asılı olmayaraq, hər bir ermənidən asılıdır.

Müraciət müəllifləri bu gün yerli vaxtla saat 12:00-da, “Azadlıq” meydanından Rusiya Federasiyasının Yerevandakı səfirliyinin binası qarşısına yürüş edəcəklərini bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm